London qorxu içindədir: növbəti terror törədildi

Londonda növbəti terror əməli törədilib. “London-bric” körpüsündə sürücü avtomobili piyadaların üstünə sürərək bir çox insanın ölümünə və yaralanmasına səbəb olub.

APA TV-nin  “Sky News”a istinadən verdiyi xəbərə görə, daha sonra bıçaqla silahlanmış şəxslər insanlara hücum edərək xəsarətlər yetirib. Hadisə nəticəsində 7 nəfər ölüb, 48 nəfər xəsarət alıb. Terror aktı nəticəsində xəsarət alanlardan 21 nəfərin vəziyyəti ağırdır.

Hadisə şahidləri də sosial şəbəkələrdə avtomobilin piyadaları üstünə sürüldüyünü bildirib. Yaxınlıqdakı dəmiryolu vağzalının bağlanıldığı vurğulanır.

London polisi hücumlar törətməkdə şübhəli bilinən üç şəxsi məhv edib. Böyük Britaniya hökuməti hadisəni terror aktı kimi qiymətləndirib. İnsidentlə əlaqədar 12 nəfər saxlanılıb.

İŞİD qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR