Araq pulunu ələ keçirmək üçün sərxoş dostunu döydü
Qusar rayonunda oğurluq və soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, 1987-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş, Əsgərov Şamil Nüsrəddin oğlu, tanışı Babayev Amik Abubəşir oğlu ilə qabaqcadan əlbir olaraq Hacıyev Farik Yanvar oğluna məxsus “Evra Kamaz” markalı yük avtomaşınına aid “Spor Rak” markalı 1 ədəd təkəri oğurlayıb.
Bundan sonra o Qusar şəhərində təsadüfən tanış olduğu Şalbuzov Amil Pencəli oğlu ilə N. Şərifov küçəsində yerləşən “Diana” mağazasından araq alaraq, köhnə daş bazarının yanına gedib. Orada Amil Şahbazov daha bir araq almağa pulu olduğunu deyib. Şamil Əsgərov həmin pulu əla keçirmək qərarına gəlib, araq içib sərxoş olduqdan sonra Amil Şalbuzovu döyərək onun mobil telefonunu götürərək hadisə yerindən qaçıb.
Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 177.2.1 və 182.2.2 maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi