Qusarda narkotik istifadəçisi saxlanılıb

Qusar rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik istifadəçisi olan şəxs saxlanılıb. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, Qusarın Balaqusar kənd sakini, 1976-cı il təvəllüdlü  Cavadov Rusif Ayəddin oğlunun saxladığı 6,522 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR