Nadir Qafarzadə: "Bura gəlmək üçün həyasız olmalısan, ləçərliyi bacarmalısan"
Şou-biznesdə çox zaman qalmaqallarla gündəmə gələn müğənni Nadir Qafarzadə bu günlərdə başqa məkanda “od püskürür”.
APA TV-nin məlumatına görə, “Maşın" realiti-şounun təcrübəli iştirakçılarından olan Nadir Qafarzadə öz oyununu oynamağa üstünlük verir.
“Burada hər şey gərgindir. Burada olanlar bilir. Tamaşaçı bunu hiss edə bilməz. Fərqli-fərqli düşünən insanlar var. Cilddən-cildə girənlər var. Mən öz oyunumu oynayıram. Heç bir qruplaşmada yoxam”.
Nadir Qafarzadə şoudan könüllü gedə biləcəyini istisna etmir.
“Hərdən əlimi götürüb getmək istəyirəm, amma fikirləşirəm ki, zəiflik olar. Amma nə vaxtsa bunu edəcəyimi düşünürəm. Çünki sinirlər artıq dözmür”.
Bəlkə də bu “gediş” də oyunun tərkib hissəsidir? Müğənni şouda iştirak edən məşhurlardan o ki var şikayətlənir:
“Burada elə adamlar görürəm ki, bir-birinə olmazın sözlər deyirlər, sonra da öpüşüb-görüşürlər. Mən bunu anlamıram. İnsanın nə qədər sifəti ola bilər? Nə qədər siması ola bilər ki? Bir var ikiüzlü insan, bir də var minüzlü insan. Hələ ki, dözürəm. Bu oyunda oynamaq üçün cəsarətli olmalısan. Bəzən kar, kor, lal olmalısan. Bura gəlmək üçün min sifətdə olmalısan. Həyasız olmalısan. Ləçərliyi bacarmalısan. Yalan danışmağı bacarmalısan”.
Nadir Qafarzadə "Maşın" realiti-şousunda heç bir qruplaşmada olmadığını iddia etsə də, dünən keçirilən oyunda Səidə Sultanla bir qrupda olduğunu nümayiş etdirib, Pərvin Abıyevanın oyundan çıxmasını çılğınlıqla alqışlayıb.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi