Saxlanan şəxs: "Heroin və metadonu sərhəddən bağırsağımda keçirmək istəyirdim"

Məqsəd güclü psixotrop təsirə malik olan heroini Azərbaycana keçirmək olub. Elşən Fərziyev buna cəhd edib. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları İrandan gələn Elşən Fərziyevin daxili orqanında psixotrop maddə aşkarlayıblar. Narkotik maddə onun bədənindən çıxarılıb, bu, məlum deyil.

 

"Daxili orqanımda keçirmişəm. Polis əməkdaşları məni tutdular". 

 

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs daxili orqanında 10 qram heroin və güclü psixotrop təsirə malik olan 5 ədəd metadon həbi keçirib. E. Fərziyevdən qeyd edilən narkotik vasitələr aşkar olunaraq götürülüb. Onunla bərabər  narkotik maddəni sifariş edən Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Tural Ağazadə də saxlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR