ABŞ hamıdan tez tərpəndi: İŞİD-in "paytaxt"ı bombalandı
ABŞ-ın liderlik etdiyi koalisiya qüvvələri Suriyada İŞİD-in özünə "paytaxt" elan etdiyi Rəqqa şəhərini bombalayıb. APA TV-nin məlumatına görə, bu barədə Suriya mətbuatı yazıb.
Aviasiyanın endirdiyi zərbələr nəticəsində terrorçuların itki verib-vermədiyi açıqlanmasa da, 43 dinc sakinin həyatını itirdiyi bildirilir.
Ölənlər arasında uşaqlar və qadınların daha çox olduğu deyilir.
ABŞ rəsmiləri məlumata reaksiya bildirməyib.
Rəqqanın təmizlənməsi əməliyyatında Suriya Demokratik Qüvvələrinin gücünə üstünlük verilir. Bu qruplaşmanın tərkibi daha çox kürdlərdən və ərəblərdən təşkil edilib. Onlar ABŞ hərbi kontingenti tərəfindən dəstəklənir.
OXŞAR XƏBƏRLƏR
17:40
306
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
385
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1144
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1090
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
1049
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
581