Rusiya açıqladı: Türkiyə pomidorlarına embarqo 5 il qüvvədə qalacaq
Rusiyanın Türkiyədə istehsal olunan pomidorlara qoyduğu qadağa bir neçə il qüvvədə qalacaq. APA TV-nin məlumatına görə, bu barədə ölkənin kənd təsərrüfatı naziri Aleksandr Tkaçev deyib. O bildirib ki, türk pomidorlarına tətbiq olunan embarqo 5 ilədək davam edə bilər:
"Rusiyada pomidor istehsalının inkişafı üçün qarşıdakı üç il mühüm əhəmiyyət kəsb edir. Artıq xarici ölkələrdən idxalı iki dəfə azaltmışıq, Rusiyada ildə 800 min ton pomidor yetişdirilir. İstehsalı təxminən 500 min ton da artırmalıyıq. Bu rəqəmə çatmaq üçün 3-5 il vaxt lazımdır. Bu səbəbdən yaxın gələcəkdə Türkiyədə istehsal olunmuş pomidorların Rusiya bazarına daxil olması mümkün deyil".
Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç isə Türkiyədən tomat sousu və pomidor suyu kimi məhsulların idxalının bu ilin noyabrından bərpa oluna biləcəyini deyib. O tətbiq olunan qadağalara rəğmən, pomidor bazarında Türkiyə istehsalı olan pomidorların payının 20 faizə çatdığını bildirib. Dvorkoviçin sözlərinə görə, bu pomidorlar Rusiyaya üçüncü ölkələr vasitəsilə ixrac edilir.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi