İslam Mehrəliyev: "Azər çöldə olan söhbətimizi şounun içinə qatdı" - "MAŞIN" REALİTİ-ŞOU
“Söz-söhbətlər başımı çox xarab eləyib. Biri oradan deyir, biri burdan deyir. Azərbaycan xalqının əvəzindən danışırlar”. Bu açıqlamanı APA TV-yə “Maşın Şou”da tez-tez hədəf göstərilən, adı daha çox hallanan iştirakçılardan biri İslam Mehrəliyevdir.
APA TV-nin məlumatına görə, “Qarşıdurma”nın təcrübəsiz iştirakçılarından olan İslam maşın ətrafında dayanan digər iştirakçılardan gileylənib: “Biri deyir xalqın gözündən düşdün, digəri başqa bir şey deyir. Xalqa üzümü tutub deyirəm ki, sağ olsunlar, var olsunlar. Halal eləsinlər”.
O, oyun müddətində aparıcı Azər Zahidlə aydın görünən qarşıdurmadan bəhs edib. İslam bir neçə gün əvvəl onu hədəf göstərən Azərə səslənib: “Pis insan deyiləm. Mən ona jest elədim. Niyə elədim? O, bizim çöldə olan söhbətimizi şounun içinə qatdı. Mən onu çöldə olan söhbətə görə çıxarmırdım. Mən kişi adamam. Çöldə olan söhbəti bura qatmadım”.
Bir müddət əvvəl münasibətləri pozulsa da, o, aparıcı Azərlə küsülü olmadığını bildirib: “Kinli adam deyiləm. Azər ilə aramızda soyuqluq var, amma mən ona salam verirdim. Danışmadığım adama belə salam vermişəm. Alanda alırdı, almayanda almırdı. Maşına ehtiyacım var, amma bu maşında gözüm yoxdur. Əgər alnıma yazılıbsa ki, maşın mənim olsun, olacaq. Qismət”...
Bütün iştirakçılar “qismət” sözünü tez-tez işlətsələr də, görünən odur ki, çox güclü oyun gedir. Oyunun gedişində isə günü-gündən daha maraqlı hadisələr baş verir.
Xatırladaq ki, şounun informasiya dəstəyi APA TV, APA və Vesti.az-a məxsusdur.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi