Pxenyan: ABŞ bizimlə müharibəyə hazırlaşır
"Pxenyan nüvə başlıqlı raket sınaqlarının sayını sürətləndirir". APA TV-nin "Associated Press"ə istinadən məlumatına görə, bu açıqlamanı Pentaqon rəhbəri Sinqapurda keçirilən Beynəlxalq Təhlükəsizlik Konfransında səsləndirib.
Ceyms Mettis bildirib ki, bu, ABŞ başda olmaqla bütün dünyaya açıq təhdiddir. Bununla yanaşı o qeyd edib ki, Pentaqon istənilən vaxt hərbi güc nümayiş etdirməyə qadirdir, lakin rəsmi Vaşinqton Pxenyanla münasibətləri sözü gedən səviyyəyə çatdırmaq istəmir.
"Biz diplomatiya tərəfdarıyıq, alternativ yollar yox deyil, hər şey qaydasına düşə bilər", - deyə Mettis əlavə edib.
Pentaqon rəhbəri bildirib ki, Çin lideri ilə ABŞ prezidenti arasında Floridada baş tutan müzakirələrdə bu mövzu gündəmdə olub. Rəsmi Pekin məsələyə qarışacağına söz verib və bölgədə təhlükəsizliyin təminatçısı kimi çıxış edib.
Bununla yanaşı Mettis rəsmi Pekinin Cənubi-Çin dənizi bölgəsində sürətlə silahlanma siyasətini tənqid edib.
"Çinin nüfuzundan istifadə edərək belə davranışları və "süni adalar" problemi yaratması digər ölkələrin maraqlarının ayaq altına atılması anlamına gəlir.
Mettisin bu açıqlamalarına Pekindən cavab gəlməsə də, Şimali Koreya səssiz qalmayıb. Pxenyandan ABŞ-ın qitələrarası raketlərin zərərsizləşdirilməsi məqsədilə keçirdiyi sınaq etirazla qarşılanıb və bu addım ABŞ-ın nüvə müharibəsinə hazırlaşması kimi dəyərləndirilib.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi