Rusiya vətəndaşını diri-diri torpağa basdıran azərbaycanlı həbs olundu
Rusiyada adam oğurluğu və dələduzluqla məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvü olan azərbaycanlı saxlanılıb. APA TV-nin məlumatına görə, dəstə üzvləri Lyuberçı şəhər sakinindən 1 milyon rubl pul tələb ediblər.
Sonradan rəqəm 30 milyon rubla qədər artıb. Dəstənin hədəfində olan şəxs pulu verməkdən imtina edib və dəstə üzvləri zor tətbiq edərək onu şəhər qəbiristanlığına aparıblar. Burada həmin şəxsə işgəncə verib, onu diri-diri torpağa basdırıblar. Lakin bu cəhdlər də nəticəsiz qalıb, sonda işgəncəyə məruz qalan şəxs qohumlarına zəng edərək dəstə üzvlərinin tələblərini yerinə yetirməyi xahiş edib. Dəstə üzvləri oğurladıqları şəxsin azadlığa buraxılması müqabilində qohumlarından 1 milyon rubl və maşın alıblar.
Baş verən hadisə ilə bağlı istintaq əməliyyat tədbirləri keçirilib, dəstə üzvlərindən yalnız Azərbaycan vətəndaşı olan şəxs saxlanıb. Digər şəxslərin axtarışı davam edir.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi