Trampdan sürpriz: Ölkənin ən böyük ordu birləşməsi iş adamına tapşırılır

Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin rəhbərliyinə yeni namizədinin adını açıqlayıb. APA TV-nin "The New York Times"a istinadən verdiyi məlumata görə, prezident bu posta iş adamını təyin etmək istəyir.


Riçard Spenser gəncliyində məhz bu hərbi qüvvələrdə xidmət edib. Hazırda o, Trampın da payı olduğu "Fall Creek Management" kampaniyasında hissə sahiblərindən biridir.

Bundan əlavə, Spenser keçmiş hərbi kəşfiyyatçıdır. Adı çəkilən posta digər iddialı şəxs, Trampın biznes ortağı Filip Bilden isə namizədliyini geri götürüb. Bilden bu qərarını ölkənin birinci şəxsinin "ailə biznesinə maneçilik" tərədə biləcəyi ilə əlaqələndirib.

Xatırladaq ki, ABŞ-da bu posta təyin olunan şəxs nazir statusu daşıyır.

Pentaqon rəhbəri Ceyms Mettis isə verilən son qərarı dəyərləndirəcəyini bildirib.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR