İranda güclü partlayış: 32 yaralı var

İranın Şiraz şəhərində baş verən güclü partlayışda yaralananların sayı 32 nəfərə çatıb.

 

Fars əyalətinin təcili tibbi yardım xidmətinin rəhbəri Məhəmməd-Reza Əli Maneş yaralılardan 15 nəfərin xəstəxanalara yerləşdirildiyini deyib. O bildirib ki, partlayışın dəqiq səbəbi hələlik məlum deyil.

 

Şirazda yerləşən ticarət mərkəzində baş verən güclü partlayışa qaz sızmasının səbəb olduğu ehtimal edilir. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR