Neftin qiyməti 50 dollardan aşağı endi
ABŞ prezidentinin Paris sazişindən çıxma qərarı birjalarda neft yataqları istismarının sürətləndiriləcəyi kimi dəyərləndirilib. APA TV-nin məlumatına görə, bu səbəbdən birjalarda "Brent" markalı neftin qiyməti 49,13 dollaradək geriləyib. Həftənin son seansında qiymət 50,03 dollar olsa da, enmə tendensiyasının bazar ertəsindən etibarən davam edəcəyi artıq heç kəsdə şübhə doğurmur.
Trampın qərarından sonra Qərbi Texas nefti də 46,91 dollar səviyyəsinə enib. Bu markadan olan neft həftəni yekunda 47,78 dollarla başa vurub. Nəticədə "Brent" nefti həftə ərzində 3,17 dollar, WTİ nefti isə 2 dollar dəyər itirib.
Birjalar fəaliyyətini bazar ertəsi bərpa edəcəklər.
OXŞAR XƏBƏRLƏR
17:40
300
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
380
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1139
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1088
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
1047
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
579