Çempionlar Liqasında ilk: “Üstüörtülü” final
Bu gün Uels paytaxtında Çempionlar Liqasının final qarşılaşması keçiriləcək. 19 il əvvəl olduğu kimi həlledici oyunda Madrid “Real”ı ilə Turin “Yuventus”u üz-üzə gələcək.
APA TV-nin məlumatına görə, oyun Kardiff şəhərinin baş idman arenasında - “Millenium” stadipnunda keçiriləcək. Qarşılaşmada 74500 nəfərlik stadionda tamaşaçı rekordunun qeydə alınacağı istisna edilmir. Çünki “Real” və “Yuventus” dünyanın ən populyar və titullu klublarındandır.
Bukmekerlər komandalardan heç birinə açıq üstünlük vermirlər. Amma “Real”ın qələbə şansı qismən yüksək sayılır. Çünki Madrid klubu son dörd il ərzində üçüncü dəfədir Çempionlar Liqasının finalına çıxır və həlledici oyunların heç birində məğlub olmatıb. “Yuventus” isə finallarda altı dəfə məğlub olub və bu, turnirin antirekordu sayılır. O, 1998-ci ildə finalda “Real”a Predraq Miyatoviçin yeganə qolu ilə məğlub olmuşdu. Maraqlıdır ki, “Real”ın hazırkı baş məşqçisi Zinəddin Zidan həmin oyunda Turin klubunu təmsil edirdi.
Çempionlar Liqasının finalı ilk dəfə üstü bağlı stadionda keçiriləcək. Təşkilatçılar bu yola təhlükəsizlik məqsədilə əl atıb. Mançesterdə 22 nəfərin ölümünə səbəb olan terror aktından sonra Böyük Britaniyada terror təhlükəsi səviyyəsi bu həftə azaldılıb. Məhz final oyunu üçün sifətləri tanıyan bahalı sistem tətbiq edilib. Bu sistem təhlükə kəsb edən adamları kütlənin içərisində tanıya biləcək.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi