Kirayədə qaldığı evdə narkotik becərdi: “İstifadə edirəm, ölənə qədər də edəcəm”
Neftçala polisi rayon sakininin həyətyanı sahəsindən 148 ədəd narkotik tərkibli çətənə kolu aşkarlayıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhərin 6-cı məhəlləsində əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nəticədə tanışı Elçin Səfərova məxsus fərdi yaşayış evində 7 ildən artıq kirayədə qalan həmin məhəllənin sakini, 53 yaşlı Hicran Cəfərov şübhəli şəxs qismində saxlanılıb. Onun kirayə qaldığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman xüsusi hazırlanmış sahədə və yarımtikili altında 15-i dibçəkdə olmaqla 148 ədəd narkotik tərkibli çətənə kolu aşkarlanıb.
İlkin dindirmə zamanı Hicran Cəfərov törətdiyi əməli etiraf edib: “Toxumu Dağıstan uşaqlarından almışam. Aprelin əvvəllərində özüm üçün əkmişəm. Mən bunun istifadə eləyəniyəm. Ölən günümə qədər də eləyəcəm”.
Hal şahidlərinin iştirakı ilə çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılaraq kisələrə qablaşdırılıb və polis şöbəsinə aparılıb. Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi