Mərakeşdə balıqçının ölümü ilə başlayan etirazlar böyüyür

Mərakeş polisi ölkənin şimalında hökumət əleyhinə aksiyanı dağıtmaq üçün su şırnaqlarından istifadə edib. APA TV-nin məlumatına görə, İmzuren şəhərində aksiya iştirakçıları asayiş keşikçilərinə daş və zibil atıblar. Polis əməkdaşları buna cavab olaraq su şırnaqlarından istifadə edib.

 

Mərakeşin şimalında ictimai asayişi pozmaqda və milli təhlükəsizliyə zərbə vurmaqda ittiham olunan 20 nəfər həbs edilib.

 

Ölkənin şimalında gərginlik ötən ilin oktyabrından davam edir. Həmin vaxt polis tərəfindən müsadirə edilmiş balıqları geri qaytarmaq istəyən balıqçı ölmüşdü. Balıqçının həlak olmasından sonra ədalətsizlik və korrupsiyaya qarşı etirazlar dalğası baş qaldırıb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR