Əfqan polisi nümayişçilərə atəş açdı: ölənlər var
Əfqanıstanın paytaxtı Kabildə hökumət əleyhinə aksiya keçirilib. İki gün əvvəl bomba yüklənmiş avtomobillə terror aktının törədildiyi əraziyə toplaşan kütlə “Xainlərə ölüm!”, “Əşrəf Qəni və Abdullah Abdullah istefa versin!”, “Bacarıqsız hökumət istəmirik”, “Rədd olsun ABŞ!” səsləndiriblər.
Əfqanıstan bayraqları və şüarlar qaldıran nümayişçilər Prezident sarayına doğru yürüş etmək istəyib. Bu zaman polis onların qarşısını kəsib.
Saraya doğru yürüşdə israrlı olan kütləyə atəş açılıb. Nəticədə 6 nəfər ölüb, 10 nümayişçi isə yaralanıb.
Kabilin Zanbaq bölgəsində etiraz aksiyaları davam edir.
OXŞAR XƏBƏRLƏR
17:40
301
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
382
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1142
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1090
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
1049
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
581