İsmayıllı-Qəbələ yolunu sel basdı
Ötən gecədən başlayaraq İsmayıllı rayonuna yağan güclü leysan yağışları bu gün günorta saatlarında daha da güclənib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, yağışdan sonra dağlardan gələn sel suları İsmayıllı rayonu ərazisindən keçən magistral avtomobil yolunda nəqliyyatın hərəkətini dayandırıb.
Bu gün saat 13:30 radələrində sel suları İsmayıllı-Qəbələ yolunun 17-ci kilometrliyində, Qurban Əfəndi kəndi ərazisindən keçərək meşəyə doğru hərəkət etməyə başlayıb. Özü ilə daş parçaları və ağaclar gətirən güclü sel suları hazırda İsmayıllı-Qəbələ yolunun üzərindən aşıb keçməkdə davam etdiyi üçün yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Yolun altındakı sel-su ötürücüləri lillə dolduğu üçün su yolun üstü ilə təxminən 0.5 metr hündürlükdə axır. Hazırda yüzdən çox avtomobil yolda qalaraq selin dayanmasını gözləyir. Yolun lildən təmizlənməsi üçün əraziyə İsmayıllı rayon Yol İstismar İdarəsinin ağır texnikaları cəlb olunub.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi