4 yaşlı uşaq əsiri güllələdi - DAHA BİR İŞİD DƏHŞƏTİ
İŞİD terror təşkilatı növbəti dəhşətli edam həyata keçirib.
APA TV-nin xəbərinə görə, edam görüntüləri terrorçulara məxsus sosial şəbəkə ünvanlarından paylaşılıb. Edam olunan şəxslər casusluqda ittiham olunub.
Ən dəhşətlisi isə edamı azyaşlı uşaqların həyata keçirməsidir. Edamı 3 uşaq həyata keçirib. Uşaqlardan birinin 3-4 yaşı var.
32 yaşlı Əbdülkərim Sincari bildirib ki, "ən-Nusra Cəbhəsi"nin tərkibində döyüşüb: "Suriya ordusunun mayoru məni əməkdaşlığa dəvət etdi. Mənim qəhrəman ola biləcəyimi dedi. İŞİD-ə aid mövqelərin, silahların, döyüşçülərin, komandirlərin, ümumiyyətlə, İŞİD-ə aid nə varsa, şəklini çəkməyimi istədilər. Sonra mən ələ keçdim".
29 yaşlı Elvan Tusir Qafur isə PKK terror təşkilatına əsir düşüb. Onu bir şərtlə azad ediblər ki, İŞİD haqqında məlumat gətirsin, onların mövqelərini çəksin.
Muhammed Saleh də PKK üçün kəşfiyyat məlumatları toplayırmış. O, İŞİD-ə aid informasiya əldə edərkən tutulub.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi