Azərbaycanda konkur üzrə beynəlxalq turnir başladı
Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş konkur üzrə beynəlxalq turnirə start verilib.
APA TV-nin xəbərinə görə, turnirdə Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Gürcüstan və İran İslam Respublikasını təmsil edəcək 19 idmançı və 34 at iştirak edir.
3 gün davam edəcək yarışların ümumi mükafat fondu 78 800 manatdır. Final yarışı iyunun 4-də saat 17:00-da Ramana İstirahət Mərkəzi, "Buta Golden" Atçılıq Klubunun yaşıl meydançasında təşkil olunacaq.
Bu turnir Qafqaz Liqasına daxil olan idmançıların Dünya Kubokuna təsnifat mərhələsi hesab edilir. Eyni zamanda final yarışı idmançılara Longines dünya sıralaması üçün də 50 xal toplamaq imkanı verir.
OXŞAR XƏBƏRLƏR
17:40
341
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
401
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1159
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1091
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
1049
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
583