Dünya liderləri Trampa etiraz etdi
Avropa İttifaqı liderləri ABŞ prezidenti Donald Trampın ölkəsinin ilyarım əvvəl imzalanmış Paris anlaşmasından çıxması ilə bağlı qərarını tənqid edib.
APA TV-nin "Euronews"a istinadən məlumatına görə, Fransa prezidenti Emanuel Makron bununla bağlı xüsusi bəyanatla çıxış edib.
O, bəyanatında D.Trampın qərarına hörmətlə yanaşdıqlarını desə də, bunu yanlış addım olaraq dəyərləndirib.
Almaniya kansleri Angela Merkel isə Ağ Ev rəhbərinin qərarına təəssüfləndiyini, lakin planetin qorunması üçün gücləri səfərbər etməyin vacibliyini önə çəkib.
İngiltərənin baş naziri Tereza Mey də A.Merkelin bəyanatı ilə oxşar açıqlama verib.
ABŞ-ın sabiq prezidenti Barak Obama xələfinin qərarını tənqid edərək, bunu ölkənin gələcəyindən imtina kimi dəyərləndirib.
ABŞ-ın Kaliforniya, Vaşinqton və Nyu York ştatlarının qubernatorları, prezident Donald Trampın ABŞ-ın İqlimə dair Paris sazişindən çıxmasına dair qərar verməsinə baxmayaraq, həmin sazişin məqsədlərinə sadiq qaldıqlarını bəyan ediblər.
Qeyd edək ki, 2015-ci ilin dekabrında imzalanan İqlimə dair Paris sazişi iqlim sahəsində əldə olunan ilk razılaşmadır. Dünyanın 194 ölkəsi tərəfindən imzalanan bu saziş qlobal istiləşmənin qarşısının alınması üzrə beynəlxalq fəaliyyət planını müəyyənləşdirir.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi