Pərvin Abıyeva üzr istədi: "Nevroz xəstəsiyəm"
“Maşın Şou”da ötən axşam müğənni Səidə Sultanla aktrisa Pərvin Abıyeva qalmaqal yaşanıb.
APA TV-nin məlumatına görə, “Qarşıdurma”da iki xanımın bu şəkildə üz-üzə gəlməsi birmənalı qarşılanmayıb. Onlardan biri təcrübəlidir, digəri isə ilk dəfədir şouda iştirak edir.
APA TV-nin çəkiliş qrupu bu qalmaqaldan bir neçə saat əvvəl şounun pavilyonuna baş çəkmişdi.
“Maşın Şou”da ilk dəfədir iştirak edən Pərvin Abıyeva baş verənlərin onu şoka saldığını demişdi: “Haqsızlıqlar, yalanlar çoxdur. İnsanları bir-birinə qırdırırlar. Və kənardan sevinənlər var. Mən belə şeyləri həyatımda görməmişəm. Vallah, görməmişəm. Şok yaşayıram burada ki, mən haradayam? Əgər şou-biznes budursa, mən bu şou-biznesdə olmaq istəmirəm və tüpürürəm bu şou-biznesə. Olmaz bu qədər. Kiminsə haqqını yemək, kiminsə haqqına girmək, şər-böhtan atmaq, oyunlar oynamaq... Bəlkə də bu layihədə oyun oynamayan yeganə insan mənəm”.
Aktrisa oyuna psixoloji cəhətdən hazırlıqlı gəldiyini, buna baxmayaraq, bəzi hallarda özünü saxlaya bilmədiyini söyləmişdi: “Nevroz xəstəsiyəm. Tez əsəbiləşən, dərhal özündən çıxan, aqressiv, istəmədən kiminsə qəlbini qıra biləcək insanam. Düzdür, sonra peşman oluram. Bu, mənim xəstəliyimdən irəli gələn bir şeydir. Bu mühit məni pozdu. Özümü çox hazırlamışdım. Ta ki, dünənə (srağagünə - red.) qədər”.
Bu arada Pərvin Abıyeva sosial şəbəkə vasitəsilə ötən axşam yaşanan qalmaqala görə tamaşaçılardan üzr istəyib: “Bu gün yaşananlara görə hər kəsdən üzr istəyirəm. Mən orda göründüyü kimi, həyasız və ləçər insan deyiləm. Amma məni o həddə çatdırdılar. Nevroz xəstəsi olduğum üçün yarışmaya qatılmadan öncə psixoloqla danışıb, sakitləşib gəldim. Bu proqramın qayda-qanunları var. Biz kontrakt imzalayıb gəlmişik. Bu qanunlardan ən əsası ailə və şəxsiyyətə toxunmaq olmaz”.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi