Putin Trampla yaxınlaşmaq istəyir - BİZNESMENLƏR VASİTƏSİLƏ

Rusiya prezidenti Vladimir Putin ABŞ-la ikitərəfli əlaqələrin bərpasında amerikalı iş adamlarından kömək istəyib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı Kreml rəhbəri Donald Trampla normal siyasi dialoqun qurulmasında maraqlı olduğunu, bu addımın hər iki tərəfin maraqlarına cavab verdiyini deyib.

 

V.Putin ABŞ-la ikitərəfli münasibətlərin hətta "soyuq müharibə" dövründə də davam etdiyini xatırladıb, ikitərəfli dialoqun tənzimlənməsi yolunda irəliləyiş əldə etmək üçün tərəflərin ciddi siyasi iradə nümayiş etdirməli olduğunu vurğulayıb.

 

Qeyd edək ki, bir qədər əvvəl Kremldəki mənbələr Rusiya prezidentinin Donald Trampı səmimi insan adlandırdığı barədə məlumat yayıb.

 

 

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR