Ağdamda süd maşını aşdı

Ağdamda 30 ton süd daşıyan yük maşını aşıb. APA TV-nin Qarabağ müxbirinin xəbərinə görə, hadisə Hindarx-Borsunlu yolunun Quzanlı qəsəbəsindən keçən hissəsində baş verib.

 

Aftandil Rəşidovun idarə etdiyi 90 ZL 545 dövlət nömrə nişanlı “DAF” markalı yük avtomobili idarəetməni itirərək əvvəlcə işıq dirəyinə çırpılıb, daha sonra aşıb. Nəticədə qoşquda olan çəlləkdəki 20 tona qədər süd yola dağılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR