Almaniyada uşaq evliliyi qadağan olundu
Almaniyada uşaq evliliyi qadağan olunub. APA TV-nin məlumatına görə, uşaq yaşlarında evliliyi qadağan edən qanun Almaniya Federal Məclisində qəbul olunub.
Qanuna əsasən, evlənənlərdən birinin yaşı 18-dən az olduqda, Almaniya bu evliliyə icazə verməyəcək.
Qanun qüvvəyə minənə kimi evlənənlərdən birinin yaşı 16-dan kiçikdirsə, bu evlilik də qanunsuz sayılacaq. 16-17 yaşlı şəxslərin evliliyinin qanunsuz sayılması rəsmən boşanma ilə eyni mənanı daşıyacaq. Ancaq bu yaşda olan şəxslərə müəyyən güzəştlər tətbiq olunacaq, məhkəmə qərarı diqqətə alınacaq.
Almaniya Ədliyyə Nazirliyi qanunun ölkəyə qaçqınların axını nəticəsində çoxlu sayda kiçik yaşda evləndirilmiş uşaqların gəlməsindən sonra hazırlandığını açıqlayıb.
Hazırda Almaniyada evlənən 475 nəfər azyaşlı var. Nazirlik onların əksəriyyətinin qız uşağı olduğunu bildirir. 361 evli qızın isə hələ 14 yaşı tamam olmayıb.
Ancaq uşaq təşkilatları qanunun Uşaq Hüquqları Konvensiyasına uyğun olmadığını bildirir. Alman Katolik Kilsəsi də azyaşlı evliliklərinin tək-tək öyrənilib haqlarında qərar verilməsinin daha təsirli olacağını düşünür.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi