Rusiya Türkiyədən xiyar alacaq: pomidora tətbiq olunan sanksiya hələ qüvvədədir

Rusiya Türkiyədən bəzi məhsulların idxalına qoyulan qadağanı ləğv edib. APA TV-nin məlumatına görə, bu barədə Rusiyanın baş naziri Dmitri Medvedyev bu gün sərəncam imzalayıb.

 

İdxalına icazə verilən məhsullar arasında xiyar, alma, armud, üzüm, çiyələk, ət məhsulları, toyuq və hindi əti hissələri də var. Bununla belə, Rusiya Türkiyədən pomidor idxalına qoyulan qadağanı qüvvədə saxlayıb.

 

Baş nazirin imzaladığı sərəncama əsasən, Türkiyənin tikinti şirkətlərinin Rusiyada inşaat işlərinə cəlb olunmasına qoyulan qadağa da aradan qaldırılıb.

 

Xatırladaq ki, bir ay əvvəl Soçidə Türkiyə və Rusiya prezidentlərinin görüşündə qarşılıqlı ticarətə qoyulan qadağaların aradan qaldırılması haqqında razılaşma əldə edilib.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR