Zibil atmağa getdi, maşın vurub öldürdü

Saatlı rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

 

APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, evindən zibil atmağa çıxan 58 yaşlı qadın avtomobil qəzasının qurbanı olub.

 

Saatlı rayon sakininin idarə etdiyi “VAZ-2106” markalı, 23 BX 674 dövlət nömrə nişanlı avtomobil 1959-cu il təvəllüdlü Kazımova Naidə Mirəli qızını vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobil isə işıq dirəyinə çırpılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı

OXŞAR XƏBƏRLƏR