"Maşın Şou"da APA TV-ni təbrik etdilər

Ölkənin ən reytinqli, ən qalmaqallı “Maşın” realiti şousu bir neçə gündür başlayıb. Elə ilk gündən tamaşaçılar bu “Qarşıdurma”nın hər gününü səbirsizliklə gözləyirlər.

 

Aparıcı Murad Dadaşov bildirib ki, mayın 28-də təntənəli şəkildə ekranlara qayıdan şou barədə ən son xəbərləri yalnız “APA Holding”ə daxil olan resurslardan əldə etmək mümkündür. “Maşın Şou - Qarşıdurma”nın rəsmi informasiya dəstəyi APA TV, APA və Vesti.az-a məxsusdur.

 

Analoq televiziya formatında fəaliyyət göstərən APA TV bu günlərdə 4 yaşını qeyd edib. Efirdən bu əlamətdar hadisəni bir daha xatırlayan Murad Dadaşov bizi efir vasitəsilə təbrik edib.  

 

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR