Filippində qarət cəhdi faciə ilə bitdi: 34 ölü

Ötən gün Manilada hotel kompleksinə edilən hücumdan sonra hadisə yerində azı 34 cəsəd aşkarlanıb.

 

APA TV-nin məlumatına görə, adı açıqlanmayan cinayətkar gecə yarısı “Resorts World Manila” hotel kompleksinin kazinosuna girərək, əlindəki tüfənglə monitorlara atəş açıb.

 

Bundan sonra hoteldə böyük təlaş yaranıb. Oyun aparatlarını yandıran şəxs 2,3 milyon dəyərində pulu çantasına doldurub. Qumarxana hissəsindən hotel hissəsinə keçən cinayətkar çantasını ataraq otaqlardan birinə girib. Sonra yatağa uzanaraq, üstünü ədyalla örtüb və benzinlə özünü yandırıb.

 

Polis hücum edən şəxsin müştərilərə atəş açmadığını bildirib, olayın adi oğurluq hadisəsi olduğunu vurğulayıb. İnsanların əksəriyyəti yanğın nəticəsində əmələ gələn tüstüdən boğularaq ölüb.

 

İŞİD hücumun terror təşkilatına məxsus "Tənha Qurd" tərəfindən həyata keçirildiyini açıqlayıb. Manilanın polis rəisi isə hadisəni "ağlı başında olmayan şəxs tərəfindən törədilən adi bir soyğun" adlandırıb.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR