ABŞ Paris müqaviləsindən çıxdı, neft sürətlə ucuzlaşır
ABŞ prezidenti Donald Trampın 2015-ci ildə 195 ölkənin iştirakı ilə imzalanmış iqlim dəyişikliklərinə qarşı mübarizə sazişindən çıxmaq qərarı nefti ucuzlaşdırıb.
APA TV-nin məlumatına görə, bu qərar ölkələrin enerji siyasətlərində dəyişikliklərə səbəb ola bilər, bazar iştirakçıları isə bu addımı neqativ dəyərləndirib.
ABŞ-ın 2015-ci il Paris sazişindən çıxmaq qərarından az sonra “Brent” markalı neftin qiyməti 50,17 dollar həddinə düşüb. Bu, neftin həftə ərzində 4 dollardan çox ucuzlaşması deməkdir. Qərbi Texas neftinin qiyməti isə 47,76 dollar səviyyəsinə kimi geriləyib. İki marka arasında fərqin 2,30 dollar olması ucuzlaşma prosesinin ABŞ mənşəli faktorlardan qaynaqlandığını göstərir. Bu gün ABŞ-da qaya nefti hasil edən buruqların sayına dair hesabat açıqlanacaq, analitiklər sayın bu həftə də artacağını gözləyir. Nefti ucuzlaşdıran amillərdən biri də məhz bu gözləntilərdir.
Analitiklərin fikrincə, Trampın qərarı neftin qiymətini ilkin mərhələdə 48 dollaradək ucuzlaşdıra bilər. Birjaların iş həftəsi bu axşam başa çatır, neftin hansı həddədək ucuzlaşacağı gecə saatlarında keçiriləcək son ticarət sessiyasında məlum olacaq.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi