Tramp qərar verdi: "Paris sazişinin ölkəmiz üçün bir xeyiri yoxdur"
ABŞ prezidenti Donald Tramp ABŞ-ın İqlimə dair Paris sazişindən çıxdığını bəyan edib.
APA-nın “Euronews”a istinadən verdiyi xəbərə görə, bu barədə D.Tramp keçirdiyi mətbuat konfransı zamanı bildirib.
“Biz Paris sazişini tərk edirik, lakin Amerika biznesi, fəhlələri və vergi ödəyiciləri üçün ədalətli şərtlərə əsaslanan bu və ya digər sazişə qoşulmağa dair danışıqlara yenidən başlayacağıq”, - deyə prezident qeyd edib.
Tramp qeyd edib ki, ABŞ-ın sonrakı addımları ədalətli razılaşma əldə edilməsinin mümkünlüyündən asılı olacaq.
Qeyd edək ki, 2015-ci ilin dekabrında imzalanan İqlimə dair Paris sazişi iqlim sahəsində əldə olunan ilk razılaşmadır. Dünyanın 194 ölkəsi tərəfindən imzalanan bu saziş qlobal istiləşmənin qarşısının alınması üzrə beynəlxalq fəaliyyət planını müəyyənləşdirir.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi