Soros: "Orban rejimi rüşvətxor mafiya dövlətidir"
Corc Soros Avropa Birliyini, hüququn aliliyini qorumaq üçün Polşa və Macarıstana təzyiq göstərməyə çağırıb.
APA TV-nin "Euronews"a istinadən verdiyi xəbərə görə, Brüssel İqtisadi Forumunda çıxış edən amerikalı milyarder maliyyəçi Aİ-nin getdikcə avtoritarlaşan hər iki ölkəni tənqid etməsini alqışladığını bildirib. Soros Mərkəzi Avropa Universitetini dəstəkləyən mitinqlərdən sonra minlərlə insanın, o cümlədən Macarıstan hökumətinin təzyiqlərinə məruz qalıb.
"Mən Macar xalqının Orban rejiminin yaratdığı aldadıcı və rüşvətxor mafiya dövlətinə qarşı cəsarətli müqavimətinə heyran qaldım", - Corc Soros belə deyib.
Həmçinin əlavə edib ki, o, Avropa təsisatlarının Polşa və Macarıstandan qaynaqlanan çağırışlara verdiyi cavabın aktiv yanaşma tərzindən qürurlanıb.
Macarıstan baş naziri Viktor Orban, Sorosu Avropaya kütləvi köçü dəstəkləyən maliyyə möhtəkirçisi kimi təsvir edib.
Corc Soros həmçinin üzv dövlətlərin daha geniş miqyasda demokratik seçimlər etməsini təmin edən "çox sürətli və çox istiqamətli" bir Avropa çağırışı edib.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi