Qaxda maşın təmiri sexi içərisindəki avtomobillə bərabər yandı

Qaxda maşın təmiri sexi içərisindəki təmirə qoyulan avtomobillə birlikdə yanıb.

APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, yanğın iyunun 1-də axşam saat 18:00 radələrində rayonun Qorağan kəndində kənd sakini Rəhimov Sadəddin Ziyad oğlunun yaşadığı evin həyətyanı sahəsində tikilmiş və ona məxsus ümumi sahəsi 20 kv/m olan maşın təmiri sexində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Nəticədə sexin yanar konstruksiyaları və işərisində təmir üçün gətirilimiş “VAZ 21099” markalı avtomaşının yanar konstruksiyaları yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının dəqiq səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR