“Şahdəniz Mərhələ 2” üçün inşa olunan platformanın üst tikililəri dənizə yola salındı
“Şahdəniz Mərhələ 2” üçün inşa olunan iki platformadan birinin - yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililərinin Bibiheybətdəki Azfen tikinti-quraşdırma sahəsindən Xəzər dənizindəki “Şahdəniz” müqavilə sahəsinə yolasalma mərasimi olub.
APA TV xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qəri Counz əvvəlcə dövlət başçısına “Şahdəniz Mərhələ 2” və “Cənub Qaz Dəhlizi” layihələri ilə bağlı görülən işlər barədə məlumat veriblər.
Prezident İlham Əliyevə məlumat verilib ki, ilk dəfə olaraq “Şahdəniz 2” platformalarının tikintisi 100 faiz ölkə daxilində həyata keçirilir. Bu tikililərinin ümumi çəkisi 29200 ton təşkil edir və onlar 16500 boru qovşağından, 881 kilometr kabel xəttindən ibarətdir. Üst tikililərin quraşdırma işləri üç il ərzində tamamlanıb və son dərəcədə yüksək texniki təhlükəsizlik göstəriciləri ilə həyata keçirilib.
Qeyd olunub ki, dənizə yola salınacaq yaşayış blokları və texnoloji təchizat (YBTT) platformasının üst modullarının tikintisi nəzərdə tutulan qrafikdən tez yekunlaşıb. Bu konstruksiyanın tikinti işlərinə 5 min nəfərdən çox işçi cəlb edilib. İşçi qüvvəsinin təxminən 90 faizi Azərbaycan vətəndaşları olub.
Prezident İlham Əliyev platforma ilə tanış olub, daha sonra layihənin işçi heyəti ilə görüşüb. Dövlət başçısı görüşdə çıxış edib.
Prezident İlham Əliyev və BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qəri Counz “Şahdəniz Mərhələ 2” üçün inşa olunan iki platformadan birinin üst tikililərinin dənizə yola salınmasını bildirən düyməni basıblar. Sonda xatirə şəkli çəkdirilib.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi