“Qəbələnd” Əyləncə Mərkəzi 5 mindən çox uşağa bayram sevinci bəxş edib
“Gilan Holdinq”in təşəbbüsü və “Qəbələnd” Əyləncə Mərkəzinin təşkilatçılığı ilə 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə xeyriyyə aksiyası keçirilib.
APA TV-nin yerli bürosunun məlumatına görə, bayram münasibətilə Qəbələ və ətraf rayonlardan olan uşaqlar gün ərzində “Qəbələlənd” Əyləncə Mərkəzində əyləncə vasitələrindən, oyun aparatlarından və attraksionlardan pulsuz istifadə ediblər. Uşaqlarla yanaşı onların valideynlərinin də parka pulsuz daxil olmasına və oradakı xidmətlərdən faydalanmasına şərait yaradılıb.
Xeyriyyə aksiyası zamanı 5 mindən çox uşağa bayram sevinci bəxş edilib. Park rəhbərliyi valideyn himayəsindən məhrum olan və əlil uşaqların, aztəminatlı ailələrin övladlarının parka gəlməsi üçün xüsusi avtomobil təşkil edib. Uşaqlar parkda cizgi filmi və nağıl qəhrəmanlarının geyimində olan klounlarla şəkil çəkdiriblər, sonra balaca musiqiçilərin iştirakı ilə təqdim olunan konsert proqramına tamaşa ediblər.
Qeyd edək ki, “Qəbələnd” Əyləncə Mərkəzi ənənəvi olaraq hər il Beynəlxalq Uşaqların Müdafiəsi günü münasibətilə xeyriyyə aksiyası keçirir.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi