Natiq Əliyev: "Azərbaycan OPEK razılaşmasına əməl edib"

"Neft hasilatının azaldılması ilə bağlı anlaşma 2018-ci ilin I rübünə kimi qüvvədə qalacaq". APA TV-nin məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Energetika naziri Natiq Əliyev bildirib.

 

Onun sözlərinə görə, noyabrında Azərbaycanın da iştirakı ilə Vyanada OPEK-in növbəti görüşü keçiriləcək. Bu görüşdə qurumun texniki monitorinq komitəsi ölkələr qarşısında müəyyən tövsiyələrlə çıxış edəcək. Tövsiyələrin qəbul olunub-olunmayacağına gəlincə isə...

 

"Bu qlobal iqtisadiyyatın necə inkişaf edəcəyindən, ölkələrdə tələbat və təklif proporsiyalarının necə olacağından asılıdır.  Ondan asılı olaraq biz qərarımızı yenidən təsdiq edəcəyik, ya da ola bilsin ki, başqa tədbir görəcəyik".

 

Nazir Azərbaycanın OPEK razılaşmasına əməl etməsindən də danışıb: "Mən bunu deyə bilərəm ki, biz öhdəliyimizi tam yerinə yetirdik. Yəni, keçən ilin dekabr ayında 35 milyon ton barel həcmində hasilatın azaldılmasına dair öhdəlik götürdük və öhdəliyi yerinə yetirdik. Buna görə də OPEK-in rəsmiləri bizə öz minnətdarlığını bildirdilər. Azərbaycan olaraq OPEK çərçivəsində hansı tədbirlər görülsə, biz onların hamsını dəstəkləyəcəyik".

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR