Prezident özünə yeni köməkçilər təyin etdi
Azərbaycan Prezidentinin Administrasiyasının strukturunda dəyişiklik edilib.
APA TV-nin məlumatına görə, struktur aşağıdakı kimi formalaşıb:
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev
Prezidentin köməkçisi Cəmilə Abbasova
Birinci vitse-prezidentin Katibliyinin rəisi Altay Həsənov
Prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Azər Əmiraslanov
Prezidentin ərazi-təşkilati məsələləri üzrə köməkçisi - şöbə müdiri Zeynal Nağdəliyev
Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov
Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov
Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Əsədov
Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi - şöbə müdiri Natiq Əmirov
Prezidentin millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi - şöbə müdiri
Prezident Katibliyinin rəisi - Prezidentin köməkçisi Dilarə Seyidzadə
Prezidentin mətbuat katibi Azər Qasımov
Prezidentin protokol xidmətinin rəisi Elçin Bağırov
Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Tələt Məcidov
Dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev
Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev
Humanitar siyasət məsələləri şöbəsinin müdiri
Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov
Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri Səadət Yusifova.
Qeyd edək ki, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə və Azərbaycan prezidentinin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyev vəzifələrindən azad olunub. Vahid Əliyevin səlahiyyətləri Fuad Ələsgərova həvalə olunub. F.Ələsgərov prezidentin hüquq-mühafizə orqanları və hərbi məsələlər üzrə köməkçisi təyin olunub.
Bundan başqa, Prezident Administrasiyasında müşavirlik institutu ləğv olunub. İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri və Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri vəzifələri ləğv edilib.
İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri vəzifəsinin bazasında İqtisadi siyasət və sənaye məsələləri şöbəsi yaradılıb. İndiyədək Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi olmuş Natiq Əmirov İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri - Prezidentin köməkçisi təyin olunub.
Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri postunun bazasında isə Prezidentin millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi - şöbə müdiri vəzifəsi yaradılıb. Bu vəzifəyə hələlik təyinat yoxdur.
Qeyd edək ki, İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri postunu Vahid Axundov, Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri postunu isə Kamal Abdulla tuturdu.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi