Bakıda binada yanğın baş verib - HADİSƏ YERİNDƏN

Yanğın Elektron Hesablama Maşınları zavodunun arxasında hazırda istifadə edilməyən dördmərtəbəli binada yanğın baş verib.  

 

Hadisə barədə 101 zəng mərkəzinə ətraf ərazilərdə yaşayan sakinlər məlumat veriblər. 

Yanğın nəticəsində bir neçə yanar maddə ətrafdakı evlərin damlarına düşüb. Təşvişə düşən qonşular bəzi əşyalarını həyətə çıxarıblar.

 

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.  Bir neçə dəqiqədən sonra yanğın tam şəkildə söndürülüb. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR