Obama ailəsi 8 milyon dollara ev aldı
ABŞ-ın sabiq prezidenti Barak Obama paytaxt Vaşinqtonda kirayə qaldığı evi alıb.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Barak və Mişel Obama cütlüyü paytaxtın prestijli rayonlarından birində yerləşən evə 8,1 milyon dollar ödəyib.
Sabiq prezidentin nümayəndəsi Kevin Luis bildirib ki, Obama ailəsi Vaşinqtonda 2,5 il, qızları Saşa məktəbi bitirənə qədər qalmağı planlaşdırır. Bu səbəbdən kirayədə qaldıqları evi almağa qərar verib.
Məlumata görə, həmin evdə 9 yataq və 8 hamam otağı var.
Qeyd edək ki, B. Obama 2009-2017-ci illərdə ABŞ-ın prezidenti olub.
OXŞAR XƏBƏRLƏR
17:40
424
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
472
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1226
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1095
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
1053
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
586