Qaxda avtomobil ağaca çırpılıb: 2 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb

Qaxda ağır yol qəzası olub. APA TV-nin  məlumatına görə, saat 01:30 radələrində hadisə Qax rayonunun Dəymədağlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Zaqatala rayonu Yuxarı Tala kənd sakini, 1984-cü il təvəllüdlü Bəhruz Məmməd oğlu Ramazanovun idarə etdiyi “VAZ 2109” markalı 62 BH 557 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı ağaca çırpılıb.

 

Qəza nəticəsində Bəhruz Ramazanov və həmkəndlisi Ruslan Muradov hadisə yerində ölüblər. Avtomobildə olan digər sərnişinlər - 1988-ci il təvəllüdlü Həsrət Cabrayıl oğlu Kərimov və 1977-ci il təvəllüdlü İlqar İslam oğlu Əhmədov isə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar. Yaralıların vəziyyətləri orta-ağır qiymətləndirilir.

 

Faktla bağlı DİN-nin Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vüqar Heydərov

OXŞAR XƏBƏRLƏR