Uşaqlar bayramın dadını belə çıxardı - BULVARDA UŞAQLAR ÜÇÜN PULSUZ AKSİYA

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Dənizkənarı Milli Parkda  aksiya keçirilib. Uşaqlar müxtəlif  attraksionlardan, qatarlardan və gəmi gəzintisindən ödənişsiz istifadə edə biliblər.

 

Dənizkənarı Bulvar İdarəsinin Aparat rəhbəri Elmir Bağırov deyir ki, bu cür aksiyalar davamlı olacaq: "16 yaşına qədər olan uşaq və yeniyetmələr Dənizkənarı Bulvar ərazisində olan attraksionlardan qatarlardan əyləncə vasitələrindən ödənişsiz istifadə etmək hüququna malikdirlər. Hesab edirik ki, bu, Heydər Əliyev Fondunun 1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Günü münasibəti ilə bir ərməğanıdır. Uşaqlar çox sevinirlər. Bu cür aksiyalar davamlı olacaq, uşaqları sevindirməkdə davam edəcəyik. Təqribən 20 mindən yuxarı uşağın aksiyada iştirak edəcəyi gözlənilir".

 

Hər il olduğu kimi bu il də bəzi valideynlərin yaratdığı sıxlıq aksiyanın gözəlliyinə bir qədər kölgə salıb.

 

"Qardaşımı gətirmişəm, keçirə bilmirəm. Valideynlər də uşaqlarla bərabər girib ora. Sıxlıq yaradırlar. Çoxu valideyndir, orada balaca uşaqlar görünmür".

 

"Uşaqdan çox böyüklər var. Uşaqların bayramıdır, uşaqlar olmalıdır, valideynlər yox".

 

Yaranmış sıxlığa baxmayaraq, uşaqların sevinci hədsizdir. Onlar bu günü çox maraqlı və əylənərək keçirirlər. Uşaqlar sevinclərini bizimlə bölüşür.

 

"Nəvəm iki attraksiona mindi, əyləndi".

"Adım Nigardır. Bu gün uşaqlar günüdür. Əyləndim".

"Bütün uşaqları 1 iyun münasibəti ilə təbrik edirəm. Bulvar rəhbərliyinə təşəkkür edirəm ki, attraksionları pulsuz ediblər. Böyüyəndə polis olmaq istəyirəm. Qanunsuz işlər görənləri tutmaq istəyirəm".

"Uşaqları təbrik edirəm. Çox sağ olsunlar ki, bizə belə şərait yaradıblar".

 

"Əylənə bildim, böyüyəndə həkim olacağam. Uşaqlara gözəllik arzulayıram".

"Böyüyəndə həkim olacağam. Ona görə ki, pulum çox olacaq. Baş həkim olacağam".

"Biz uşaqları çox istəyirik, yaxşı olsunlar. Əyləndik".

 

Valideynlər də uşaqlar qədər sevinclidir.

 

"Uşaqlarımızı gəzdirməyə gəlmişik. Balacam 4 aylıqdır. Bir qızım, bir oğlum da var. Hamısını gəzdirməyə gətirmişəm".

 

Bu balaca danışa bilmir. Onun timsalında bütün uşaqları təbrik edir, onlara xoşbəxtlik arzulayıram. 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR