Bayram günü məktəbin qarşısında "Mercedes"lə vurulan məktəbli öldü

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü heç də bütün uşaqlar üçün xoş anlarla bitməyib. Zaqatalada məktəblinin ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə şəhərin Heydər Əliyev prospektində, Nizami Hüseynov adına 2 saylı orta məktəbin qarşısında qeydə alınıb.

 

Məktəbin 2-ci sinif şagirdi Şirdanov İsmayıl Elçin oğlu dərsdən evə gedən zaman “Mercedes” markalı, 99 HB 485 dövlət nömrə nişanlı avtomobillə vurulub.

 

Uşaq xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Vüqar Heydərov

OXŞAR XƏBƏRLƏR