Üzeyir Mehdizadə "Maşın" şousunu qəflətən tərk edib
“Maşın” realiti-şousunun üçüncü günü bəzi sirlər ortaya çıxdı. APA TV-nin məlumatına görə, ilk gündən “qruplaşma yoxdur”, "hərə öz oyununu oynayır” fikirləri alt-üst olub. Aktrisa Oksana Rəsulovanın sosial şəbəkədə paylaşdığı status hansı iştirakçının səsverməyə çıxarılacağını öncədən təxmin etməyə imkan verdi. Bu iştirakçı aktyor İslam Mehrəliyev idi.
Pozitivliyi ilə fərqlənən aktyor səsvermə müddətində hədəfinin aparıcı Azər İsmayılov olduğunu bildirib.
Səslər hesablanmağa başlayanda isə şounun gedişatı dəyişib. Müğənni Üzeyir Mehdizadə qəfil əlini maşından çəkib və şounu tərk edib. Səbəb isə...
Səsvermənin nəticələrinə görə, İslam Mehrəliyev 64,14 faiz səs toplayaraq şouda iştirakını davam etdirir. “Qarşıdurma”nın bitməsinə az qalmış daha bir maraqlı hadisə baş verib. İslam kifayət qədər səs toplasa da, hədəfi olan Azəri oyundan kənarlaşdırmaqdan vaz keçib.
Nə deyək? Bəlkə bu da düşünülmüş taktikadır? Hər halda, tamaşaçıları günü-gündən daha maraqlı şou gözlədiyi şübhəsizdir.
“Maşın” şou hər axşam saat 22:00-da ATV-də yayımlanır.
Xatırladaq ki, şounun informasiya dəstəyi APA TV, APA və vesti.az-a məxsusdur.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi