Ruslar 80 terrorçunu və İŞİD-in xeyli texnikasını belə məhv etdi

Rəqqadan Palmira istiqamətinə hərəkət edən İŞİD-ə aid maşın karvanı bombalanıb. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, terrorçulara zərbəni Rusiya aviasiyası endirib.

Bombardman nəticəsində 80 İŞİD üzvünün məhv edildiyi deyilir. Bundan əlavə onların 36 hərbi maşını, 8 yanacaqdaşıyanı və üzərində iriçaplı pulemyotlar quraşdırılan pikap tipli avtomobili sıradan çıxarılıb.

Xatırladaq ki, dünən Suriya ərazisində İŞİD-in aktiv olduğu bölgələr Rusiyanın Aralıq dənizindəki gəmiləri tərəfindən vurulub. Bir neçə gün əvvəl isə terrorçulardan ibarət böyük bir qrup rus hərbçiləri tərəfindən pusquya salınaraq məhv edilib.

 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR