İmişlidə ev külə döndü, ev sahibinin 28 min manat pulu yandı
İmişlinin Yalavac kəndində İbrahimovlar ailəsinə məxsus fərdi yaşayış ev, evdə olan əşyalar, o cümlədən xeyli miqdarda qızıl-zinət məmulatları və pul yanaraq külə dönüb.
Hadisə ötən gecə qeydə alınıb. Evdə başlayan alov qısa müddətdə güclənib və ümumi sahəsi 142 kvadratmetr olan 5 otaqlı evi bürüyüb. Sakinlər evdə olmadıqlarından yanğından gec xəbər tutublar.
"Evdə olmayanda ev alışıb yanıb. Oğlumgilə getmişdim, xəbər gəldi ki, ev yanır. Gəldik, evə girmək mümkün olmadı. Yanğınsöndürənlər gəldilər, söndürdülər. Evdə 28 min manat nağd pul, bir də gəlinlərimin, yoldaşımın qızılları yandı. İki gəlinimin və özümüzün mebellərimiz yanıb külə döndü".
Hadisə yerinə gələn İmişli rayon yanğından mühafizə xidmətinin texnika və canlı qüvvəsi alovun digər sahələrə keçməsinin qarşısı alıblar. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi