Lənkəranda velosipedçini maşın vurub öldürdü

Lənkəranda velosipedlə hərəkətdə olan gənci avtomobil vurub. APA TV-nin cənub bürosunun xəbərinə görə, hadisə Ələt-Astara magistral yolunun Lənkəran rayonunun Gərmətük kəndindən keçən hissəsində qeydə alınıb.

 

Hadisə zamanı "Volkswagen" markalı avtomobili idarə edən Kamran Hüseynov yolda velosipedlə hərəkətdə olan 25 yaşlı Zamin Xəlilovu vurub. Sürücü yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilsə də, Zamin Xəlilovun həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR