Neftin qiyməti 51 dollar ətrafında sabitləşir
Çin iqtisadiyyatında müşahidə olunan artım templəri neftin qiymətini stimullaşdıra bilmir. OPEK toplantısından sonra bahalaşacağı gözlənilən neftin qiyməti həm aparıcı iqtisadiyyatlarda artım tempinin gözlənilən səviyyədə olmaması, həm də ABŞ-dan qaynaqlanan faktorlar səbəbilə 51 dollar ətrafında sabitləşib.
Dünən gün ərzində qiymətlərdə ucuzlaşma müşahidə olunsa da, birjaların səhər seanslarında neft yenidən mövqelərini bərpa etməyə başlayıb. Günün ilk ticarət sessiyalarında “Brent” markalı neftin bir bareli 51,16 dollardan satılıb, Qərbi Texas neftinin qiyməti isə 48,73 dollardan təklif olunur.
Neftin qiymətinə dair proqnozlar da pessimist xarakter daşıyır və OPEK-in gözləntiləri ilə üst-üstə düşmür. Rusiya Bankının rəhbəri Elvira Nabibulina ortamüddətli proqnozlarda neftin baza qiymətinin 40 dollardan yuxarı ola biləcəyini açıqlayıb. O bildirib ki, ortamüddətli perspektivdə qiymətlər 40-50 dollar arasında dəyişə bilər. Analoji dəyərləndirmə tanınmış investisiya banklarının ekspertləri tərəfindən də aparılıb. Ekspertlər neftin orta illik qiymətinin 40-50 dollar aralığında olacağını ehtimal edirlər.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi