Zaqatalanın Fındıqlı kəndinə fındıq boyda dolu yağdı

Zaqatalaya dolu yağması səbəbindən bəzi təsərrüfatlara ziyan dəyib. APA TV-nin  məlumatına görə, ötən gün axşam saatlarında rayon ərazisində qeyri sabit hava şəraiti hökm sürüb.

 

Güclü küləklə müşahidə olunan qısamüddətli leysan yağış yağıb, rayonun Danaçı və Fındıqlı kəndlərinə isə dolu düşüb.

 

Kənd sakinlərinin APA TV-yə verdiyi məlumata görə, təxminən 25 dəqiqə ərzində yağan dolu bəzi yerlərdə fındıq, bəzi yerlərdə isə qoz boyda və daha iri olub. Fındıqlı və Danaçı kəndinin bir hissəsinə düşən dolu əsasən meyvə-tərəvəzlərə, ən çox isə xurma və fındığa ziyan vurub.

Müəllif | Apa.Tv
Vüqar Heydərov

OXŞAR XƏBƏRLƏR