Həyətində narkotik becərən Saatlı sakini tutuldu
Həyətində çətənə kolları yetişdirən Saatlı sakini saxlanılıb. APA Tv-nin Mil-Muğan bürosunun məlumatına görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakini, 1972-ci il təvəllüdlü Rzayev Faiq Ağabala oğlunun yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə kolları yetişdirdiyini üzə çıxarıblar. Həyətdə yerləşən yarımtikilidə 61 ədəd hündürlüyü 1,8-2,0 metr olan kultivasiya yolu ilə yetişdirilən və qulluq edilən narkotik vasitə olan çətənə kolları aşkar olunaraq götürülüb.
Əvəzağa Məmmədov, müstəntiq: “Onun yaşadığı evə baxış zamanı yataq otağında masanın alt hissəsinə qoyulmuş qutuda 7,36 qram çəkidə qurudulmuş marixuana kütləsi aşkar edilib. Tərəfimizdən Cinayət Məcəlləsinin 234.1 və 237.2.3 maddələri ilə cinayət işi başlanıb, Faiq Rzayev barəsində Saatlı rayon məhkəməsi tərəfindən 4 aylıq həbs-qətimkan tədbiri seçilib”.
Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi