Ermənistan silahlı qüvvələrinin video-müşahidə vasitəsi ələ keçirildi
Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttində, düşmən mövqelərindən birində quraşdırılmış video-müşahidə vasitəsi bölmələrimiz tərəfindən xüsusi üsulla ələ keçirilib.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, qurğunun ilkin araşdırılması nəticəsində onun hava şarı (zond), kiçik həcmli paraşüt, penoplast qutunun içərisinə yerləşdirilmiş kamera, müxtəlif ötürücü antena və naqillərdən ibarət olmaqla kustar üsulla hazırlandığı müəyyən edilib.
Ermənistanın hərbi-siyasi rəhbərliyinin qoşunların qarşıdurma xəttindəki postlarının guya ABŞ istehsalı olan ən müasir video-müşahidə vasitələri ilə təmin olunması barədə verdikləri bəyanatların mif olduğu və Ermənistanın daxili auditoriyasına hesablandığı bir daha təsdiqlənib.
OXŞAR XƏBƏRLƏR
17:40
441
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
486
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1240
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1098
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
1055
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
589